Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da tullantıların təkrar emalı təşəbbüsü həyata keçirilib

AzTU-da tullantıların təkrar emalı təşəbbüsü həyata keçirilib

10.03.2026     28     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) iqlim dəyişikliyi ilə mübarizə və karbon emissiyalarının azaldılması üçün tələbə və müəllim heyətinin iştirakı ilə tullantıların təkrar emalı təşəbbüsü həyata keçirilib. Kimya texnologiyası, təkrar emal və ekologiya kafedrası tərəfindən irəli sürülən təşəbbüs BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 13-cü istiqaməti (İqlim dəyişikliyinə qarşı mübarizə  - SDG13) çərçivəsində reallaşıb.

Təşəbbüs çərçivəsində universitet ərazisində yaranan müxtəlif növ tullantıların ayrılması və təkrar emala yönləndirilməsi həyata keçirilib. Kağız, plastik və digər təkrar emala yararlı materialların toplanması karbon emissiyalarının azaldılması, təbii resurslardan səmərəli istifadə və ətraf mühitin çirklənməsinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu fəaliyyət tələbə və müəllim heyəti arasında iqlim dəyişikliyinin azaldılması, aşağı karbonlu inkişaf, tullantıların idarə olunması, dairəvi iqtisadiyyat prinsiplərinin təşviqi və dayanıqlı istehlak vərdişlərinin formalaşdırılması istiqamətində maarifləndirməyə töhfə verib. Təkrar emal prosesi istixana qazı emissiyalarının azaldılması, karbon izinin aşağı salınması və ekoloji məsuliyyətin artırılması baxımından SDG 13-ün həyata keçirilməsinə dəstək verir.

Qeyd edək ki, bu kimi təşəbbüslər universitet daxilində ekoloji şüurun artırılmasına, iqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışlara diqqətin gücləndirilməsinə və tələbələrin dayanıqlı inkişaf prinsiplərinə uyğun fəaliyyət göstərməsinə mühüm töhfə verir.


Digər xəbərlər