Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da “Narkomaniyaya yox de!” adlı maarifləndirici tədbir keçirilib

AzTU-da “Narkomaniyaya yox de!” adlı maarifləndirici tədbir keçirilib

20.04.2026     11     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar tələbələr üçün “Narkomaniyaya yox de!” adlı maarifləndirici tədbir keçirilib.

AzTU-nun Kommunikasiya şöbəsinin əməkdaşı Mehti Namazov narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün iştirakının vacibliyini qeyd edib.

“Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova narkomaniyanın cəmiyyətin gələcəyinə yönəlmiş ciddi təhlükə olduğunu vurğulayaraq gəncləri bu bəladan yalnız maarifləndirmə yolu ilə xilas etməyin mümkün olduğunu diqqətə çatdırıb. Büllur Məmmədova bildirib ki, dövlət qurumları, hüquq-mühafizə orqanları və ictimaiyyət narkomaniyaya qarşı birgə mübarizə aparır.

AzTU-nun 1 saylı Tələbə Poliklinikasının həkim-terapevti Nəcibə Quliyeva narkomaniyanın fəsadları barədə məlumat verib. O, sağlam həyat tərzinin narkomaniyaya qarşı ən təsirli qoruyucu vasitə olduğunu diqqətə çatdırıb.

Tədbirdə narkomaniyanın insan həyatına və sağlamlığına zərərlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Sonda tələbələrin sualları cavablandırılıb.


Digər xəbərlər