Mobil rabitə bazarında sərfəli təklifləri və təhsilə verdiyi önəmlə tanınan “Nar”, ölkədə rəqəmsal biliklərin inkişafını dəstəkləyən layihələrə davam edir. “Nar”ın korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, telekommunikasiya ixtisasları üzrə təhsil alan tələbələrə davamlı olaraq “Mobil rabitənin əsasları” təlimi keçilir.
“Nar” texniki heyətinin hazırladığı və keçdiyi bu təlim mobil rabitə sahəsinin yerli peşəkarlarını hazırlamağı və tələbələrin məzun olduqdan sonra uğurlu karyera qurmasını hədəfləyir. Azərbaycan Texniki Universitetində (AzTU) keçilən budəfəki təlimin mövzuları mobil texnologiyanın təkamülü, mobil rabitə şəbəkəsinin quruluşu, əşyaların interneti (IoT), 5-ci nəsil texnologiya, mobil rabitənin strukturu, naqilsiz transmissiya şəbəkəsi, mobil rabitədə tezliklər kimi mövzuları əhatə edib.