Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Prezident İlham Əliyev beynəlxalq sərgidə AzTU-nun stendi ilə tanış olub

Prezident İlham Əliyev beynəlxalq sərgidə AzTU-nun stendi ilə tanış olub

16.05.2025     87     AzTU

Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri ilə tanış olub. Artıq milli brendə çevrilmiş “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri kənd təsərrüfatı və qida sənayesi sahələrində Xəzər regionunun ən böyük sərgiləridir. Sərgilərin coğrafiyası dünyanın bir çox yerini əhatə etməklə, olduqca genişdir. Burada ABŞ, Çin, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrin aparıcı kənd təsərrüfatı istehsalçıları məhsullarını nümayiş etdirirlər. 

Sərgi çərçivəsində Prezident İlham Əliyev Azərbaycan Texniki Universitetinin (AzTU) stendi ilə tanış olub. AzTU-nun İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 3-cü kurs tələbəsi Selcan Kərimli “Nutlab” layihəsi haqqında Prezident İlham Əliyevə məlumat verib. Bildirib ki, layihə "AREA Azerbaijan” MMC ilə AzTU-nun birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlib. Azərbaycanda kənd təsərrüfatı aqreqatlarının inkişafına təkan verən və "Made in Azerbaijan" brendi altında fəaliyyət göstərən, dövlətin subsidiya dəstəyi olan qurğu 15 at gücü və dizel mühərriki ilə işləyir. Fındıqçılığın inkişaf etdirilməsi üçün nəzərdə tutulan qurğunun yanlız fındıq toplamaq yox, həmçinin ot biçimi və siloslanması, kartof hasilatı və yer bellənməsi kimi funksionallığı da mövcuddur.

Qeyd olunub ki, qurğunun emal prosesi AzTU-nun laboratoriyalarında daha da təkmilləşdiriləcək.


Digər xəbərlər