Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Özbəkistan universitetinin professor-müəllim heyəti AzTU-da olub

Özbəkistan universitetinin professor-müəllim heyəti AzTU-da olub

21.11.2025     82     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Özbəkistanın Əndican Dövlət Texniki İnstitutu (ƏDTİ) ilə əməkdaşlığı çərçivəsində ƏDTİ-nin Nəqliyyat və logistika, həmçinin İqtisadiyyat kafedralarının ümumilikdə 14 nəfərdən ibarət professor-müəllim heyəti mübadilə proqramı ilə AzTU-nun qonağı olub. 

AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov qonaqlara universitetin fəaliyyəti barədə məlumat verib. Daha sonra qonaqlar müvafiq olaraq AzTU-nun Nəqliyyat və logistika və Sənaye iqtisadiyyatı və menecment fakültələrinin müəllim və tələbələri ilə görüşüb, tədris prosesi ilə tanış olub, müxtəlif mövzularda seminarlar təşkil ediblər. 

Görüş zamanı hər iki universitetin nümayəndələri arasında gələcəkdə birgə tədris və tədqiqat imkanları barədə müzakirələr aparılıb.


Digər xəbərlər