Azərbaycan Texniki Universitetinin (AzTU) Özbəkistanən Namanqan Dövlət Texniki Universieti (NDTU) ilə əməkdaşlığı çərçivəsində NDTU-nun maliyyə-iqtisadi işlər üzrə prorektoru professor Payzilloxon Qarayev və Mühasibar uçotu kafedrasının müdiri dosent Uluqbek Tursunov mübadilə proqramı ilə AzTU-nun qonağı olub.
AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov qonaqları AzTU-nun fəaliyyəti barədə məlumatlandırıb. Daha sonra qonaqlar AzTU-nun Sənaye İqtisadiyyatı və menecment fakültəsinin müəllim və tələbə heyəti üçün “Özbəkistan Respublikasında mühasibat uçotunun inkişafı” mövzusunda seminar keçirib.
Seminarın sonunda gələcəkdə müxtəlif mövzularda birgə tədiqatların aparılması imkanları barədə NDTU-nun nümayəndələri ilə müzakirələr aparılıb.