Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da “Suyun təmizlənməsi və idarə edilməsi” laboratoriyasının açılışı olub

AzTU-da “Suyun təmizlənməsi və idarə edilməsi” laboratoriyasının açılışı olub

25.02.2026     91     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının nəzdində “Suyun təmizlənməsi və idarə edilməsi” laboratoriyasının açılış mərasimi keçirilib.

Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, “Aqualink” MMC-nin İnsan resursları və inzibati işlər departamentinin bölmə müdiri Zaur Musayev, “Elsevier” şirkətinin Yaxın Şərq, Mərkəzi Asiya və Cənub-Şərqi Avropa regionu üzrə satış meneceri Paul Girdis, eləcə də universitetin nümayəndələri iştirak edib.

Açılış mərasimində çıxış edən rektor Vilayət Vəliyev su ehtiyatlarının səmərəli idarə olunması, suyun keyfiyyətinin yüksəldilməsi və bu istiqamətdə elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsinin strateji əhəmiyyətini vurğulayıb. Bildirilib ki, laboratoriyanın əsas məqsədi suyun təmizlənməsi texnologiyalarının təkmilləşdirilməsi, çirklənmənin azaldılması, ekoloji təhlükəsizliyin təmin olunması və bu sahədə elmi əsaslı həllərin hazırlanmasıdır. Bu fəaliyyətlər çərçivəsində təhlükəsiz və əlçatan su resurslarının təmin olunmasına töhfə vermək əsas prioritet kimi müəyyən edilib.

Laboratoriya müasir avadanlıqlarla təmin olunaraq tələbələrin praktik bilik və bacarıqlarının inkişafına, elmi-tədqiqat potensialının gücləndirilməsinə və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edəcək.

Bu istiqamətdə məqsəd keyfiyyətli və inklüziv təhsilin təşviqi, innovativ yanaşmaların tətbiqi və universitet–sənaye əməkdaşlığı əsasında elmi infrastrukturun təkmilləşdirilməsidir.

“Aqualink” MMC-nin İnsan resursları və inzibati işlər departamentinin bölmə müdiri Zaur Musayev universitetlə əməkdaşlığın davamlı xarakter daşıdığını qeyd edib, birgə təşəbbüslərin genişləndirilməsinin su resurslarının idarə olunması və ekoloji dayanıqlılıq sahəsində mühüm nəticələr verəcəyini bildirib.

Beləliklə, yaradılan laboratoriya su təhlükəsizliyinin təmin edilməsi, keyfiyyətli təhsilin inkişafı, innovasiya və elmi infrastrukturun gücləndirilməsi, habelə institusional tərəfdaşlığın genişləndirilməsi istiqamətlərində qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə xidmət edən mühüm elmi platforma kimi fəaliyyət göstərəcək.


Digər xəbərlər