Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər “Novruz 2026” düşərgəsi çərçivəsində AzTU komandalarının uğurlu çıxışı

“Novruz 2026” düşərgəsi çərçivəsində AzTU komandalarının uğurlu çıxışı

25.03.2026     28     AzTU

ETİHİ Respublika Komitəsinin təşkilatçılığı ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin Təhsil-İstirahət Mərkəzində keçirilən “Novruz 2026” düşərgəsi çərçivəsində müxtəlif idman və intellektual yarışlar təşkil olunub.

Düşərgə proqramına uyğun olaraq keçirilən voleybol yarışında Azərbaycan Texniki Universitetini (AzTU) təmsil edən AZTU-1AZTU-2 komandaları uğurla çıxış edib. Nəticədə komandalar müvafiq olaraq 1-ci və 2-ci yerlərə layiq görülüblər.

Bununla yanaşı, düşərgə çərçivəsində təşkil olunan intellektual yarışda I yerə media komandası, II yerə isə AzTU-nu təmsil edən “AzTex” komandası layiq görülüb.

Tədbirin yüksək səviyyədə təşkilində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Araz Paşayevin, həmçinin təşkilatçılıqda əməyi olan kollektiv üzvlərinin və könüllülərin fəaliyyəti xüsusi qeyd olunub.


Digər xəbərlər