Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və logistika fakültəsinin təşkilatçılığı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə Veysəloğlu MMC-nin anbarına tələbələrin ekskursiyası təşkil olunub.
Tədbirdə Nəqliyyat və logistika fakültəsinin 2-ci, 3-cü kurs tələbələri və dekan müavini iştirak edib.
Ekskursiya əvvəlcə təhlükəsizlik təlimi ilə başlayıb. Təlimdə tələbələrə anbarın iş prinsipləri və təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verilib. Təhlükəsizlik tədbirlərinin önəmi və tətbiqi haqqında geniş izahlar təqdim edildikdən sonra iştirakçılar anbara yönləndirilib.
Anbar gəzintisi zamanı tələbələrə logistika və nəqliyyat sahəsində tətbiq edilən iş prinsipləri və əməliyyat prosedurları barədə ətraflı məlumat verilib. Şirkətin mütəxəssisləri idxal olunan malların anbarda rəflərə yerləşdirilməsi, tez xarab olan yüklərin refrijeratorlu anbarlarda saxlanılması və həmin məhsulların soyuduculu maşınlarla daşınma qaydaları haqqında da vacib məlumatlar diqqətə çatdırılıb.