Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Nəqliyyat və logistika fakültəsinin tələbələri Dəmiryol Muzeyi və Bakı sərnişin stansiyasına ekskursiya edib

Nəqliyyat və logistika fakültəsinin tələbələri Dəmiryol Muzeyi və Bakı sərnişin stansiyasına ekskursiya edib

29.04.2025     40     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və logistika fakültəsinin 2 və 3-cü kurs tələbələrinin Azərbaycan Dəmiryol Muzeyində və Bakı sərnişin stansiyasına ekskursiyası təşkil olunub.

Ekskursiyada dekan müavinləri və Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının baş müəllimi Əvəz Əsgərov iştirak edib.

Əvvəlcə tələbələr üçün təhlükəsizlik təlimi keçirilib.  Daha sonra Azərbaycan Dəmiryol Muzeyi və Bakı sərnişin stansiyasınada fəaliyyət göstərən müxtəlif istehsalat sahələri, eksponat zalları, sərnişin platformaları ilə tanışlıq olub. 


Digər xəbərlər