Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Nar AzTU tələbələri üçün karyera inkişafı təlimi keçdi

Nar AzTU tələbələri üçün karyera inkişafı təlimi keçdi

21.11.2025     36     AzTU

Sərfəli təklifləri ilə seçilən mobil operator Nar ölkədə peşəkar kadr hazırlığı məqsədilə növbəti layihəsini həyata keçirib. On ildən çoxdur ki, davam edən tərəfdaşlıq çərçivəsində Nar Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün karyera planlaşdırılması təlimi təşkil edib.

Təlim zamanı AzTU tələbələri ilə birgə mobil rabitə sektorunda karyera imkanları, gənc kadrlar üçün əsas tələblər və sürətlə dəyişən rəqəmsal mühitə uyğunlaşma yolları müzakirə olunub. Proqram çərçivəsində iştirakçılar tərcümeyi-hal (CV) tərtibatı, motivasiya məktublarının hazırlanması və işgüzar müsahibələr üzrə biliklər əldə ediblər.  Həmçinin Nar nümayəndələri iş mühitində effektiv ünsiyyət, nəticəyə fokuslanma, məsuliyyətli yanaşma və komanda ilə işləmək kimi peşəkar keyfiyyətlərin əhəmiyyəti barədə tələbələrlə öz təcrübələrini bölüşüblər.

İnteraktiv formatda təşkil olunan təlimdə tələbələrin telekommunikasiya sahəsinə, mobil operatorun daxili proseslərinə və təcrübə proqramlarına dair sualları cavablandırılıb. Sonda Nar tərəfindən iştirakçılara təlimdə iştiraklarını təsdiq edən sertifikatlar təqdim edilib. Təlim zamanı xüsusi fərqlənən tələbələr Nar tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb.


Digər xəbərlər