Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər “Nar” AzTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir

“Nar” AzTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir

28.02.2025     235     AzTU

Mobil rabitə sektorunda sərfəli təklifləri ilə tanınan “Nar” telekommunikasiya mütəxəssislərini hazırlamaq istiqamətində layihələrini davam etdirir. Bu qəbildən olan növbəti “Mobil rabitənin əsasları” təlimi Azərbaycan Texniki Universitetində (AzTU) keçirilib.

Universitetin tələbələri “Nar”ın texniki heyətinin hazırladığı və keçdiyi bu təlim zamanı  mobil texnologiyanın təkamülü, mobil rabitə şəbəkəsinin quruluşu, əşyaların interneti (IoT), 5-ci nəsil texnologiya, mobil rabitənin strukturu, naqilsiz transmissiya şəbəkəsi, mobil rabitədə tezliklər kimi mövzular haqqında biliklərə yiyələniblər.

“Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində paytaxtda və regionda universitetlərlə əməkdaşlıq edərək mobil rabitə sahəsinin yerli peşəkarlarını hazırlamağı və onların məzun olduqdan sonra uğurlu karyera qurmasını hədəfləyir. Bu təlimlər zamanı tələbələr “Nar”ın peşəkar texniki heyəti ilə ünsiyyətdə olaraq təkcə nəzəri biliklər deyil, həm də gələcək karyeralarının incəliklərini öyrənirlər.


Digər xəbərlər