Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Maşınqayırma və metallurgiya fakültəsinin tələbələrinin “Hidroservice Engineering” MMC-yə ekskursiyası təşkil olunub

Maşınqayırma və metallurgiya fakültəsinin tələbələrinin “Hidroservice Engineering” MMC-yə ekskursiyası təşkil olunub

09.12.2025     25     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və metallurgiya fakültəsinin Mexanika kafedrasının, eləcə də Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə mexanika mühəndisliyi ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin “Hidroservice Engineering” MMC-yə ekskursiyası təşkil olunub.

Ekskursiyanın əsas məqsədi tələbələrin nəzəri dərslərdən əldə etdikləri biliklərin təcrübədə tətbiqi, real istehsalat mühiti ilə tanışlıq və texnoloji proseslərin öyrənilməsi olub.

Müəssisəsinin direktoru Bəxtiyar Qənbərov, baş mühəndis Səbuhi Cabbarlı və Mexanika kafedrasının dosenti İsmayıl İsmayıl tələbələrə müəssisənin istehsal sahələri, avadanlıqların iş prinsipi, burada tətbiq olunan innovativ mühəndislik həlləri haqqında ətraflı məlumat verib. Burada həmçinin tələbələr mexaniki konstruksiyaların hazırlanması, materialların emalı, texnoloji xəttin təşkili və təhlükəsizlik tələblərinin tətbiqi kimi mühüm mərhələləri öyrənmək imkanı əldə ediblər.

Ekskursiyanın sonunda tələbələrin praktiki biliklərini inkişaf etdirən bu cür səfərlərin sayının artırılması, eləcə də bəzi ixtisas dərsləri üzrə açıq dərslərin müəssisədə keçirilməsinin mümkünlüyü ilə bağlı razılıq əldə olunub.


Digər xəbərlər