Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər LMQS layihəsi çərçivəsində təlimlər keçirilib

LMQS layihəsi çərçivəsində təlimlər keçirilib

25.06.2024     86     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı ve magistr hazırlığı” (LMQS) layihəsi çərçivəsində silsilə təlimlər təşkil edilib.

Təlimlər layihənin Avropa tərəfdaşları Yunanıstanın Qərbi Attika Universiteti və Fransanın Cote d’Azur Universitetinin ev sahibliyi ilə keçirilib. Tədbirdə AzTU-nun İqtisadiyyat və statistika kafedrasının baş müəllimi Pərvin Soltanlı və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Nabat Cabbarova iştirak edib.

Azərbaycan və Qazaxıstan tərəfdaş universitetlərinin iştirak etdiyi təlimlərdə “Distant təhsilin təşkili və rəqəmsal platformada iş”, “Ali təhsildə uğurlu rəqəmsal transformasiyanın aparılması”, “Süni intelektin istifadəsi və etik tərəfləri” kimi mövzular üzrə ətraflı biliklər və praktiki işlər təşkil edilib.


Digər xəbərlər