Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Koreyalı mütəxəssis AzTU-da seminar keçib

Koreyalı mütəxəssis AzTU-da seminar keçib

16.10.2024     558     AzTU

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi ilə Koreya Respublikasının Ticarət, Sənaye və Energetika Nazirliyi yanında Milli İnformasiya Texnologiyaları Sənayesinin Təşviqi Agentliyinin (NIPA) “Dünyanın Dostları Koreya (WFK) Məsləhətçiləri Proqramı” çərçivəsində koreyalı mütəxəssis Woojik Chun (Vujik Çun) Azərbaycan Texniki Universitetində (AzTU) qonaq mühazirəçi qismində fəaliyyətə başlayıb.

Fəaliyyəti çərçivəsində koreyalı mütəxəssis AzTU-nun professsor-müəllim heyəti və tələbələri üçün “İnternetin müasir çağırışları və təkamülü prosesi” mövzusunda seminar keçib.

Seminarda interneti dəstəkləyən cari texnologiyalar, həm də onun daxili məhdudiyyətləri nəzərdən keçirilib, eyni zamanda internetin gələcəyini formalaşdıran mümkün həllər və inkişaf tendensiyaları aktiv şəkildə müzakirə edilib. Daha sonra seminarın mövzusu ilə bağlı iştirakçılarla müzakirələr aparılıb.


Digər xəbərlər