Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU ərazisində yaşıllıq sahələri artırılır

AzTU ərazisində yaşıllıq sahələri artırılır

04.03.2026     24     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq kampus ərazisində “yerüstü həyat prinsipləri”nin (Məqsəd 15 – SDG 15) tətbiqini genişləndirir.

Məqsəd quru ekosistemlərinin qorunması, biomüxtəlifliyin dəstəklənməsi və yaşıl infrastrukturun gücləndirilməsidir. Son illər universitetdə nəqliyyatın idarə olunması və mikromobilliyin təşviqi istiqamətində görülən işlər yaşıllıq zonalarının artırılmasına real imkan yaradıb. Parklanma sahələrinin 2000 m²-dən 1800 m²-ə endirilməsi nəticəsində azad olunan ərazilər yaşıllıq zolaqlarına çevrilib. Bu addım torpaq deqradasiyasının qarşısının alınmasına, karbon emissiyalarının azalmasına və kampusda daha sağlam ekoloji mühitin formalaşmasına töhfə verir.

Universitet və yataqxana arasında yaradılmış 1700 metrlik velosiped yolu, skuter infrastrukturu və genişləndirilmiş piyada zonaları avtomobil istifadəsini azaltmaqla yanaşı, ekoloji tarazlığın qorunmasına xidmət edir. Gün ərzində yüzlərlə tələbə və əməkdaşın alternativ nəqliyyat vasitələrindən istifadə etməsi kampusun dayanıqlılıq göstəricilərini gücləndirir. Gələcək mərhələdə elektrikli nəqliyyat üçün şarj infrastrukturunun genişləndirilməsi, parklanmanın daha da optimallaşdırılması və əlavə yaşıllıq sahələrinin yaradılması nəzərdə tutulur.

Bu təşəbbüslərlə AzTU yalnız təhsil məkanı deyil, həm də biomüxtəlifliyin qorunduğu və ekosistemlərin dəstəkləndiyi dayanıqlı kampus modeli formalaşdırır. 


Digər xəbərlər