Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər GOSB texnoparkın baş direktoru AzTU-da seminar keçib

GOSB texnoparkın baş direktoru AzTU-da seminar keçib

21.02.2025     255     AzTU

Gebze Organize Sanayi Bölgesi (GOSB) texnoparkının baş direktoru Murat Çemberci Azərbaycan Texniki Universitetində (AzTU) “Sahibkarlıq ekosistemi və texnoparklar” mövzusunda seminar keçib.

Seminarda AzTU-nun rektoru Vilayət Vəliyev, Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru Mehmet Şimşir, MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli və digər şəxslər iştirak edib.

Əvvəlcə AzTU-nun rektoru Vilayət Vəliyev çıxış edərək iştirakçıları salamlayıb və seminarın əhəmiyyətindən danışıb.

GOSB texnoparkın baş direktoru Murat Çemberci geniş təqdimatla çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyəti, sahibkarlıq ekosisteminə verdiyi töhfələr və Azərbaycanda qurulmaqda olan yeni texnopark haqqında ətraflı məlumat verib.

Təqdimat zamanı sahibkar universitet modeli, startap ekosistemi və tələbə-gənc tədqiqatçıların innovativ biznes ideyalarını reallaşması yolları barədə ətraflı məlumat verilib.

İnteraktiv formatda təşkil olunana seminarda sahibkarlıq və innovasiya istiqamətində suallar cavablandırılıb.


Digər xəbərlər