Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Gənclər və idman naziri AzTU TGT sədri ilə görüşüb

Gənclər və idman naziri AzTU TGT sədri ilə görüşüb

29.05.2025     91     AzTU

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və TGT-lərin nümayəndələri ilə görüşüb.

Məqsəd tələbələrin təşəbbüslərinin dəstəklənməsi, qərarvermə prosesində iştirakı, onların dövlət gənclər siyasətinə töhfə verməsinə şərait yaradılmasından ibarət olub.

2025-ci ilin “Gənclər Paytaxtı” Sumqayıt şəhərində keçirilən görüşdə Azərbaycan Texniki Universietinin (AzTU) TGT sədri Ruslan Qənbərov və sədr müavini Nigar Həsənova iştirak edib. Görüş zamanı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ATGTİ-nin tələbələri üçün həyata keçirdiyi fəaliyyətlər, TGT-lərin irəli sürdüyü təklif və təşəbbüslər, nazirliyin gənclər üçün layihələri və yeni planları barədə danışılıb, eləcə də tələbələrin idman tədbirlərinə cəlb olunması ilə bağlı təqdimat nümayiş olunub.


Digər xəbərlər