Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər ENGAGE layihəsi çərçivəsində növbəti təlimlər İsveçin Kral Texnologiya Universitetində təşkil olunub

ENGAGE layihəsi çərçivəsində növbəti təlimlər İsveçin Kral Texnologiya Universitetində təşkil olunub

06.06.2024     459     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində növbəti təlimlər İsveçin Kral Texnologiya Universitetində keçirilib. Təlimlərdə tərəfdaş universitetlərdə sahibkarlıq fənnini tədris edən professor-müəllim heyəti iştirak edib.  

AzTU-nu təlimlərdə İqtisadiyyat və statistika kafedrasının professoru Fuad Qənbərov təmsil edib. İştirakçılar həm təşkilati, həm də fənn səviyyəsində təhsilin keyfiyyətinin artırılması strategiyaları,  problem əsaslı öyrənmə imkanları kimi bir sıra mövzularla tanış olub və komanda işi təqdim ediblər. Proqrama uyğun olaraq təlimlərin sonunda iştirakçılara İsveçin Kral Texnologiya Universiteti tərəfindən sertifikat təqdim olunub.   

Qeyd edək ki, layihənin 4-cü iş paketinə ali təhsil müəssisələrində intitusional səviyyədə davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi məqsədilə sahibkarlığın universitetlərin inkişaf strategiyalarına inteqrasiyası, sahə üzrə akademik kadrların təlimi və  sahibkarlığın seçmə fənn olaraq bütün ixtisaslarda tədrisi daxildir.

İş paketi çərçivəsində sahibkarlığın konsepsiyası, maliyyələşdirilməsi və sosial sahibkarlıq kimi mövzular üzrə Bakı, Gəncə, Naxçıvan və Mingəçevir şəhərlərində təlimlər təşkil olunacaq.


Digər xəbərlər