Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər “Elm və sənaye klasteri 4.0” formalaşdırılması üzrə əməkdaşlıq davam edir

“Elm və sənaye klasteri 4.0” formalaşdırılması üzrə əməkdaşlıq davam edir

02.03.2026     35     AzTU

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası və 2026-2029-cu illər üzrə rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyasına uyğun olaraq rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması istiqamətində tədbirləri davam etdirir. Bu çərçivədə “Elm və sənaye klasteri 4.0”ın formalaşdırılması, “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın icrası ilə bağlı 4SİM Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq edir. Proqram çərçivəsində daha çox tələbənin yerli müəssisələrin texnoloji diaqnostikası və transformasiyası üçün yol xəritələrinin hazırlanması prosesinə təcrübəçi qismində cəlbi nəzərdə tutulub. 

4SİM-in AzTU ilə tərəfdaşlığı çərçivəsində “4Sİ Akademiyası - Milli Proqram”dan Universitetin 1177 tələbə və əməkdaşı faydalanıb. Onlar “Coursera” platformasında data elmi, kibertəhlükəsizlik, STEM sahəsinə daha çox maraq göstəriblər və ümumilikdə 2779 beynəlxalq sertifikat əldə ediblər. 

Qeyd edək ki, tələbə və müəllimlər üçün təlim və sertifikat proqramlarının icrası, “Milli Proqram” çərçivəsində “Coursera” platforması üzərindən Universitetin yaratdığı təlim və kursların yerləşdirilməsi, habelə kreditlərin tanınması imkanları və hakatonların təşkili istiqamətində birgə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur.


Digər xəbərlər