Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər DIGIAGE-2023 - Oyun İnkişafı Düşərgəsində qeydiyyatdan keçməyə tələs

DIGIAGE-2023 - Oyun İnkişafı Düşərgəsində qeydiyyatdan keçməyə tələs

26.12.2022     697     AzTU

Türkiyənin Bilişim Vadisinin təşkilatçılığı ilə DIGIAGE-2023 - Oyun İnkişafı Qış Düşərgəsinə qeydiyyatının yekunlaşmasına sayılı günlər qalır.

#MilliTeknolojiHamlesi çərçivəsində həyata keçirilən layihənin məqsədi rəqəmsal sektora daha çox insan cəlb etmək, bu sahənin güclənməsinə töhfə vermək, yeni inkişaf edən oyun studiyalarının inkişafına dəstək göstərməkdir.

Layihədə iştirak etməklə siz rəqəmsal oyunlar sahəsində özünüzü təkmilləşdirə, oyun sənayesində beynəlxalq miqyaslı çoxsaylı tanınmış şəxslərlə çalışa və sənayedə özünüzə yeni bir qapı aça bilərsiniz.

Bu öz oyununa investisiya cəlb etmək, öz bilik və bacarığını beynəlxalq arenalarda sınamaq istəyənlər üçün böyük fürsətdir. Belə ki, bu proqramı tamamlayan hər kəsə 6 ay pulsuz infrastruktur və texniki dəstək də göstəriləcək.

Siz də qeydiyyatdan keçin və DIGIAGE ilə oyun ekosisteminin bir hissəsi olun!

Qeydiyyat üçün son tarix: 28 dekabr 2022-ci il

Düşərgənin keçiriləcəyi yer və tarix: 8 - 14 fevral 2023-cü il / Bilişim Vadisi / Türkiyə

Qeydiyyat üçün link: https://digiage.com.tr/etkinlik/2023-digiage-uluslararasi-oyun-gelistirme-kis-kampi-ve-ekosistem-bulusmasi/

Maraqlananlar üçün məlumat vermək istəyirik ki, mərhələlər aşağıdakı kimi olacaq.

#1 QEYDİYYAT 

İstər fərdi, istərsə də komanda olaraq aşağıdakı keçiddən forumu doldurub qeydiyyatdan keçə bilərsiniz. 

https://digiage.com.tr/etkinlik/2023-digiage-uluslararasi-oyun-gelistirme-kis-kampi-ve-ekosistem-bulusmasi/

#2 PERFORMANS TESTİ

Qeydiyyatdan sonra sizə email vasitəsilə 24 saat ərzində həll etməyiniz üçün tapşırıq veriləcək. Neqativ cavab almayana kimi prosesdə davam edəcəksiniz. 

#3 VİDEO

Bu mərhələdə sizdən qısa video tələb olunur. Ancaq bu mərhələ üçün də çox az vaxtınızın olduğunu unutmayın!

#4 TEXNİKİ MƏSƏLƏ

Müraciət forumunda doldurulan bilik bacarıqlara görə sizin emailinizə texniki tapşırıqlar veriləcək. Bu mərhələdə texniki tapşırığa əsasən layihəni təqdim etməlisiniz. Layihə tam bitməmiş olsa belə verilən müddət ərzində əlinizdə olan hər şeyi göndərməyiniz tələb olunur.

#5 ONLAYN TƏDRİS

Dərslər həftədə 2 dəfə 90 dəqiqə olacaq və həftə içi axşam saatlarında planlaşdırılmışdır.

#6 VADİDƏ DÜŞƏRGƏ VAXTI

2023-cü il 8-14 fevral tarixləri arasında həm effektiv, həm də əyləncəli düşərgə yolunuzu gözləyir!


Digər xəbərlər