Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Çankaya Universitetinin professoru AzTU-da seminar keçirib

Çankaya Universitetinin professoru AzTU-da seminar keçirib

22.01.2026     52     AzTU

Türkiyənin Çankaya Universitetinin professoru Buket Akkoyunlu Azərbaycan Texniki Universitetində (AzTU) "Müasir təhsil standartlarında süni intellektin tətbiqləri" mövzusunda seminar keçirib. AzTU-nun professor-müəllim heyətinin iştirak etdiyi seminarda professor Buket Akkoyunlu süni intellekt texnologiyalarının təhsil sahəsində düzgün və səmərəli tətbiqi məsələlərindən danışıb, həmçinin süni intellektin tədris prosesində istifadəsi, tələbələr və akademik heyət üçün yaratdığı imkanlar barədə ətraflı məlumat verib. Bundan başqa, süni intellekt alətlərinin elmi məqalələrdə düzgün istifadəsi, həmçinin dünyanın aparıcı universitetlərinin bu istiqamətdə təcrübəsi də slaydlar vasitəsilə ətraflı təqdim olunub.

Seminar sual-cavab sessiyası ilə yekunlaşıb.


Digər xəbərlər