Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir.
Liqanın 20-ci turunda AzTU komandası Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası ilə qarşılaşıb. Oyun 107:48 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.
Xatırladaq ki, liqanın oyunlarında AzTU, UNEC, ADBTİA, ADAU, ADNSU, BMU və Xəzər Universitetinin komandaları iştirak edir.
Oyunları “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz.