Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU Xankəndidə keçirilən “bootcamp”da təmsil olunub

AzTU Xankəndidə keçirilən “bootcamp”da təmsil olunub

14.10.2025     40     AzTU

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində növbəti “bootcamp” keçirilib. 

“Bootcamp”da Azərbaycan Texniki Universitetini (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbəsi Nihad Əliyev və “SmartTech” İnnovatorlar Mərkəzinin direktoru Azər Bayramov təmsil edib.

Məqsəd aqrar sahədə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqini təşviq etmək, gənclərin bu istiqamətdə bilik və bacarıqlarını artırmaq, azad edilmiş ərazilərin aqrar potensialı ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.
Proqram çərçivəsində təşkil edilən infotur zamanı iştirakçılar Suqovuşan su anbarına səfər ediblər. Onlara bölgənin strateji su ehtiyatlarının idarə olunması, aqrar infrastrukturun bərpası prosesində rəqəmsal texnologiyaların rolu və sənaye müəssisələrinin kənd təsərrüfatı istehsalına inteqrasiyası barədə ətraflı məlumat təqdim olunub.

İştirakçılar həmçinin aqrar sahədə müasir texnoloji həllərin tətbiqinin məhsuldarlığın artırılması, resursların səmərəli istifadəsi və ixrac imkanlarının genişlənməsi baxımından əhəmiyyətini yerində müşahidə ediblər.
"Bootcamp” iştirakçıları Xankəndi şəhərində Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkasında da iştirak edib.


Digər xəbərlər