Tələbələr arasında keçirilən cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Cüdo Federasiyasının texniki dəstəyilə təşkil olunan yarışlarda müxtəlif ali təhsil ocaqlarının 100-ə yaxın tələbəsi iştirak edib.
Çempionatın nəticələrinə əsasən Azərbaycan Texniki Universiteti (AzTU) komanda hesabında 3-cü yerdə qərarlaşıb. Belə ki, AzTU komandası 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.