Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbəsi: "Astronavtika Konqresi gənc mütəxəssislər üçün kosmik elmi platformadır"

AzTU tələbəsi: "Astronavtika Konqresi gənc mütəxəssislər üçün kosmik elmi platformadır"

16.10.2024     466     AzTU

Beynəlxalq Astronavtika Konqresi gənc mütəxəssislərin təcrübə qazanması üçün yüksək səviyyəli kosmik elmi platformadır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milanda keçirilən 75-ci Beynəlxalq Astronavtika Konqresində ölkəmizi təmsil edən milli elmi komandanın üzvü, Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi Telman Məmmədov deyib. “SABAH” qruplarının bakalavriat səviyyəsinin tələbəsi Milan Konqresinə biomühəndislik bitkiləri ilə mikroqravitasiya mühitində karbonun idarə olunmasına dair elmi məqalə təqdim etdiyini bildirib: “Elmi məqaləm 75-ci Beynəlxalq Astronavtika Konqresinə qəbul olundu. Şadam ki, ölkəmizi belə böyük kosmik elmi platformada təmsil edirəm. Konqresdə iştirakıma dəstək olan “Azərkosmos”a və digər dövlət qurumlarına təşəkkürümü bildirirəm”.


Digər xəbərlər