Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə həyata keçirilən “PİLLƏ 3” Respublika Tələbə Tamaşaları Festivalının bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Festivalda iştirak edən Azərbaycan Texniki Universitetinin (AzTU) Teatr Klubunun nümayiş etdirdiyi Mirzə Fətəli Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyası əsasında səhnələşdirilən eyniadlı tamaşa mükafata layiq görülüb.
Tamaşanın quruluşçu rejissoru, AzTU Teatr Klubunun üzvü, Xüsusi texnika və texnologiya fakültəsinin 3-cü kurs tələbəsi Xəyal Abdullayev Dərviş Məstəli Şah obrazına görə “Ən yaxşı kişi rolu” nominasiyasında qalib olub.