2025-ci ilin dekabrında Türkmənistanda keçirilən fizika fənni üzrə V beynəlxalq olimpiadada Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri Aylin Quliyeva I yerə, Ceylin Topçu isə Xüsusi Təltifə layiq görülüb.
Qeyd edək ki, Fizika sahəsində beynəlxalq müsabiqələrə təbələlərin hazırlığı AzTU-nun Mühəndis fizikası və elektronika kafedrasının müdiri Mətanət Mehrabova və AMEA-nın müxbir üzvü Vəli Hüseynov tərəfindən həyata keçirilir.