Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin birgə təşkilatçılığı ilə IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib. ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetində keçirilən forumda Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev və universitetin startapçı tələbələri iştirak edib.
Forum çərçivəsində təşkil olunan sərgidə AzTU tələbələri Nihad Əliyev, Mənsumə Qarayeva, Anar Məmmədov, Ömər Məmmədzadə və Anabacı Əmiraslanovanın innovativ həll və texnologiya nümunələri nümayiş olunub.
Qeyd edək ki, IV Aqrar Startaplar və İnnovasiya Forumu aqrar innovasiya ekosisteminin gücləndirilməsi, startapların bazara çıxış imkanlarının genişləndirilməsi, investorlarla əməkdaşlığın qurulması və elmi biliklərin praktik tətbiqinin təşviqi baxımından mühüm platforma rolunu oynayır.