Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbələrinin Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil edilib

AzTU tələbələrinin Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil edilib

08.05.2023     432     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Xüsusi texnika və texnologiya fakültəsinin bir qrup tələbəsinin Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil edilib.

Azərbaycan hərb tarixinin qədim dövrdən bu günə kimi keçdiyi inkişaf yolu, ordumuzun istifadə etdiyi texnikalar, silahlar barədə tələbələrə məlumat verilib.

Tələbələr muzeydə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolar, sənədlər və ona məxsus əşyalar, hərbi geyim nümunəsi, ordu quruculuğu ilə bağlı gördüyü işlərlə tanış olublar.

44 günlük Vətən müharibəsinə həsr olunan Zəfər zalı, həmçinin muzeyin həyətində nümayiş olunan hərbi texnikalar barədə də tələbələrə ətraflı məlumat verilib.


Digər xəbərlər