Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbələrinə “Peerstack Academy” ilə bağlı məlumatlandırma sessiyası keçirilib.
Fakültənin dekanı Leyla Məmmədova 2025–2026-cı tədris ilinin payız semestri üzrə keçiriləcək “Peerstack” proqramlaşdırma dərslərinin tələbələrin praktik təcrübəsi üçün əhəmiyyətindən danışıb.
Layihə rəhbəri Camal Rzayev dərslərdə iştirak üçün qəbul və tədris prosesi, həmçinin mövcud “Full Stack”, “Front-End” və “Back-End” proqramlarının tədris üsulları, dərs saatları haqqında məlumat verib.
Sonda tələbələrin sualları cavablandırılıb.