Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrindən ibarət komanda Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2025) iştirak edib.
AzTU komandası festival çərçivəsində yaradıcı yanaşma, texnoloji hazırlıq və praktiki bacarıqlarını nümayiş etdirib.