Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbələri Serbiyada beynəlxalq tədbirdə iştirak edib

AzTU tələbələri Serbiyada beynəlxalq tədbirdə iştirak edib

21.11.2025     8     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrindən ibarət ESTIEM Lokal Qrupu (LG) Serbiyanın Niş şəhərində keçirilən ESTIEM Şəbəkəsinin LXXI Şura İclasında iştirak edib. Bu tədbir ESTIEM-in (Sənaye mühəndisliyi və idarəetmə ixtisası üzrə Avropa Tələbələri Assosiasiyası) əsas fəaliyyət istiqamətlərindən biri olub, lokal qrupların beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək, təcrübə mübadiləsi aparmaq və şəbəkənin qərarvermə prosesində iştirak etmək məqsədi daşıyır.   

Tədbirdə AzTU ESTIEM Lokal Qrupunu tələbələr - Mühəmməd-Əli Salamov və Ülvi Cəfərli təmsil edib. Onlar şəbəkənin qərarvermə mexanizmlərində fəal iştirak edib. Təxminən 300 nəfərin qatıldığı iclasda AzTU tələbələrinin əsas hədəfi lokal qrupun Müşahidəçi (Observer) səviyyəsinə keçidini təmin etmək olub.

AzTU nümayəndələrinin hazırlıq səviyyəsi və peşəkar təqdimatı nəticəsində paralel olaraq Qonaq (Guest) səviyyəsində iştirak edən digər lokal qruplardan fərqli olaraq, AzTU ESTIEM Lokal Qrupu növbəti mərhələyə ilk keçən qrup olub.

AzTU tələbələri təqdimatlarında həm qrupun fəaliyyətini, həm də “Novruz Europe 3D” layihəsini uğurla nümayiş etdiriblər.

Təqdimatdan sonra keçirilən səsvermə nəticəsində AzTU ESTIEM Lokal Qrupu rəsmi olaraq Müşahidəçi səviyyəsinə yüksəlib.


Digər xəbərlər