Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin IV kurs tələbələri Fizika İnstitutunun “Nazik təbəqəli quruluşlar” laboratoriyasında Nanotexnologiyalar fənnindən praktiki məşğələ keçiblər.
Məşğələ Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının assistenti Elnur Bağıyev tərəfindən aparılıb. Tələbələr laboratoriyanın müasir avadanlıqları ilə tanış olub, “Angstrom” qurğusunda müxtəlif üsullarla nanometr ölçülü təbəqələrin alınması prosesini müşahidə ediblər.
Məşğələdə həmçinin fakültənin sosial məsələlər, ictimaiyyətlə əlaqələr və infrastruktur üzrə dekan müavini Amin Mamedov da iştirak edib.
Qeyd edək ki, bu cür praktiki məşğələlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.