Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbələri Böyükşor gölü ətrafında sahə tədqiqatı aparıb

AzTU tələbələri Böyükşor gölü ətrafında sahə tədqiqatı aparıb

10.03.2026     38     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiyası, təkrar emal və ekologiya kafedrasının müəllim və tələbələri Böyükşor gölü ətrafında həyata keçirilən su layihəsi çərçivəsində sahə tədqiqatında iştirak edib.  

Səfər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 6-cı istiqaməti üzrə (Təmiz su və sanitariya - SDG 6) su ehtiyatlarının qorunması, suyun keyfiyyətinin monitorinqi və dayanıqlı su idarəçiliyi ilə bağlı praktiki biliklərin artırılmasına yönəlib.

Tədqiqat zamanı tələbələr “Azərsu” ASC-nin həyata keçirdiyi və “Aqualing” şirkətinin icra etdiyi layihə sahəsindən su nümunələri götürüb. Nümunələr suyun keyfiyyətinin qiymətləndirilməsi, çirklənmə səviyyəsinin müəyyən edilməsi və su ehtiyatlarının ekoloji vəziyyətinin öyrənilməsi məqsədilə toplanıb.

Sahə işi tələbələr üçün su resurslarının qorunması, çirkab suların idarə olunması, suyun təmizlənməsi texnologiyaları və ekoloji monitorinq kimi mühüm istiqamətlərdə praktiki təcrübə qazanmaq imkanı yaradıb. Bu fəaliyyətlər təhlükəsiz və əlçatan su resurslarının təmin edilməsi, suyun səmərəli istifadəsi və su ekosistemlərinin qorunması kimi SDG 6-nın əsas prinsipləri ilə birbaşa əlaqəlidir.

Səfər zamanı layihənin icrasında iştirak edən şirkət nümayəndələri Böyükşor gölü ətrafında həyata keçirilən suyun idarə olunması, çirkab suların təmizlənməsi və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat veriblər.


Digər xəbərlər