Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgilərində Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri startapları ilə təmsil olunur.
Rektor Vilayət Vəliyev AzTU-nun stendini ziyarət edib. Tələbələrin startapları ilə maraqlanan rektor onlara uğurlar arzulayıb.