"Bayraktar Teknoloji Azərbaycan" MMC-nin direktoru Hüseyn Topuzun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetini (AzTU) ziyarət edib. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.
Görüşdə AzTU ilə “Bayraktar Teknoloji Azərbaycan” MMC arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tələbələrin şirkətdə təcrübə keçmələri üçün geniş imkanların olduğu vurğulanıb. Qeyd olunub ki, “Bayraktar Teknoloji Azərbaycan” MMC AzTU-nun müvafiq ixtisaslarında təhsil alan tələbələrinin şirkətin təcrübə proqramlarında iştirakında maraqlıdır.