Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbələri Bakı və Masallıda təmizlik aksiyasında iştirak ediblər

AzTU tələbələri Bakı və Masallıda təmizlik aksiyasında iştirak ediblər

03.09.2025     54     AzTU

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bilgəhdə sahilyanı təmizlik aksiyasında iştirak ediblər.

IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən aksiyada Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatının (TGT) fəal üzvləri də iştirak edib. İməcilik zamanı toplanılan beş tona yaxın tullantı "Təmiz Şəhər" ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

Aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək və insanları dənizətrafı mühitin mühafizəsi uğrunda birgə səylərə cəlb etməkdir.

 

Növbəti aksiya Viləşçayın Masallı rayonu İstisu kəndi ərazisindən keçən hissəsində təşkil olunub. Aksiyada iştirak edən könüllülər arasında AzTU tələbələri də olub.

Onlar şəxsi sağlamlıq və təhlükəsizliyin qorunması, eləcə də fəaliyyətin daha effektiv təşkil olunması məqsədilə xüsusi geyimlər, əlcəklər və digər zəruri ləvazimatlarla təmin olunub. Toplanan tullantıların ümumi həcmi 1 tona yaxın olub və onların böyük hissəsini birdəfəlik istifadə olunan plastik məhsullar təşkil edib ki, bu tip tullantılar torpaq və su ekosistemini ciddi şəkildə çirkləndirir. Təşkil olunan təmizlik aksiyaları sadəcə tullantıların toplanması ilə məhdudlaşmır, eyni zamanda dayanıqlılıq və ekoloji balansın qorunması baxımdan mühüm əhəmiyyət kəsb edir.

IDEA İctimai Birliyi vətəndaşları çimərliklərdə istirahət edərkən ətraf mühitin mühafizəsinə həssas yanaşmağa, sahilləri təmiz saxlamağa, tullantıları ətrafa atmamaqla məsuliyyətli davranış sərgiləməyə və yaranmış tullantıları ərazidə qoyub getməməyə çağırır.


Digər xəbərlər