Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbələri Bakı Gəmiqayırma Zavodunda yay təcrübə proqramında uğurla iştirak edir

AzTU tələbələri Bakı Gəmiqayırma Zavodunda yay təcrübə proqramında uğurla iştirak edir

28.07.2025     50     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin sənaye mühəndisliyi ixtisasının III kurs tələbələri Bakı Gəmirqayırma Zavodunda yay təcrübə proqramında uğurla iştirak edir.

1 aylıq nəzərdə tutulan təcrübə proqramı müddətində tələbələr SƏTƏM qaydaları, gəmilərin layihələndirilməsi, hazırlanması və təmiri zamanı tətbiq olunan texnoloji əməliyyatların icrası, eləcə də müəssisədə mövcud olan müasir sənaye qurğularının iş prinsipi, konstruksiyası və istismarını öyrənəcək.

İxtisaslı mentorlar və peşəkar mühəndislərin iştirakı ilə keçirilən təlimlər zamanı AzTU tələbələri nəzəri biliklərini istehsalatda tətbiq etməklə real təcrübə əldə edir.


Digər xəbərlər