Azərbaycan Texniki Universitetinin (AzTU) 75 illik yubileyi çərçivəsində universitetin Teatr Klubu növbəti dəfə dramaturq Mirzə Fətəli Axundovun "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" komediyasını səhnələşdirib. Teatr Klubunun üzvləri tamaşanı AzTU rəhbərliyi, əməkdaşları və tələbələri qarşısında təqdim edib.
Maraqlı səhnə tərtibatı, tələbələrin aktyorluq bacarağı izləyicilərin alqışları ilə müşayiət olunub.
Qeyd edək ki, 1850-ci ildə Azərbaycan dilində yazılmış əsərin mahiyyəti savadsızlığın, cəhalətin tənqid olunması, elmin insan həyatını dəyişərək onu inkişaf etdirməsidir.
Tamaşadan sonra rektor Vilayət Vəliyev tələbələrlə söhbət edib, onlara maraqlı təqdimat üçün təşəkkürünü bildirib. Qeyd edib ki, AzTU-da tələbələrin asudə vaxtlarının təşkili ilə bağlı bir sıra layihələr həyata keçirilir, müxtəlif tələbə klubları fəaliyyət göstərir. Rektor tələbələrin sözügedən klublarda iştirakını müsbət qiymətləndirib və onlara növbəti layihələrdə uğurlar arzulayıb.
Tələbələr də öz növbəsində onlara göstərilən diqqətə və yaradılan şəraitə görə AzTU rəhbərliyinə təşəkkür ediblər.