Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU müəllimləri Polşada bir həftəlik mobillikdə iştirak ediblər

AzTU müəllimləri Polşada bir həftəlik mobillikdə iştirak ediblər

04.06.2024     686     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və statistika kafedrasının dosenti Günay Əliyeva və baş müəllimi Aysel Qədirova “Erasmus+” mübadilə proqramı çərçivəsində Polşanın Powislanski Universitetində akademik heyət üçün nəzərdə tutulmuş bir həftəlik mobillikdə iştirak ediblər.

Günay Əliyeva və Aysel Qədirova Powislanski Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasının fəaliyyəti ilə yaxından tanış olub, akademik heyətlə görüşərək AzTU-da iqtisadiyyat və idarəetmə sahəsində tədris, tədqiqat fəaliyyəti barədə ətraflı məlumat veriblər. Onlar Powislanski Universitetinin tələbələrinə "Dayanıqlı inkişaf" və “Makroiqtisadi modellər” mövzusunda mühazirə deyib və iki kafedra arasında mümkün əməkdaşlıq imkanlarını müzakirə ediblər.

AzTU əməkdaşları həmçinin Powislanski Universitetində təşkil olunmuş “International Week 24”də iştirak edərək universiteti təmsil edib və dünyanın 26 ölkəsindən tədbirə qatılan universitet nümayəndələri ilə müxtəlif görüşlər keçiriblər.


Digər xəbərlər