“Synergia Academy” şirkətinin icraçı direktoru Rəna Əfəndiyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetini (AzTU) ziyarət edib. Məqsəd AzTU və “Synergia Academy” arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi olub.
Qonaqları salamlayan Rektor Vilayət Vəliyev əmək bazarı ilə əlaqələrin genişləndirilməsi baxımından “Synergia Academy” şirkətinin rolunu yüksək qiymətləndirib, şirkətlə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
“Synergia Academy” şirkətinin nümayəndələri AzTU-da birgə mərkəzin yaradılması, habelə təlim, sertifikatlaşdırma və tədqiqatyönümlü tədris proqramlarının formalaşdırılması imkanlarını müzakirə edib. Mərkəzin tədqiqat və innovasiya əsaslı modelləri, texnoloji və tətbiqi sahələr üzrə ixtisaslaşmış kursları, eləcə də dizayn yönümlü proqramları əhatə edəcəyi qeyd olunub. İlkin mərhələdə pilot layihənin tətbiqi və mərkəzin kompleks həll modeli əsasında qurulmasının vacibliyi diqqətə çatdırılıb.
Görüşdə həmçinin “Synergia Academy”nin univeristetin müəllim və tələbələrində yumşaq bacarıqların formalaşmasına hədəflənmiş “Körpü” Proqramı müzakirə olunub və gələcəkdə layihənin AzTU-da həyata keçirilməsi imkanları müzakirə olunub.
Sonda “Synergia Academy”nin mühəndis yönümlü Mini MBA Proqramı üzrə təklifləri təqdim olunub və bu proqramın gələcəkdə AzTU ilə birgə icası imkanları barədə fikir mübadiləsi aparılıb.