“Synergia Academy” şirkətnin icraçı direktoru Rəna Əfəndiyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.
Görüşün əsas məqsədi AzTU-da universitet-sənaye işbirliyi çərçivəsində sənaye müəssisələrinin peşə tələblərinə uyğun birgə təlim imkanlarının müzakirəsi və dgər əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi olub.
Əvvəlcə “Synergia Academy” şirkətinin təlim üzrə baş məsləhətçisi Əhəd Kazımov sənaye müəssisələrinin peşə tələblərinə uyğun birgə təlim imkanları barədə təqdimatla çıxış edib, mümkün təlim istiqamətləri və idarəetmə mexanizmləri üzrə ətraflı məlumat verib.
Görüş zamanı AzTU və “Synergia Academy”nin xarici ölkələrin qabaqcıl mühəndislik universitetləri ilə birgə tədris və tədqiqat layihələrini həyata keçirməsi imkanları müzakirə olunub.
Görüşün sonunda qonaqlar AzTU-nun tədris və tədqiqat laboratoriyaları ilə tanış olub.