Azərbaycan Texniki Universitetinin (AzTU) Sənaye mühəndisliyi və davamlı iqtisadiyyat kafedrasının təşəbbüsü ilə bir qrup tələbənin FAB Şirkətlər Qrupunun istehsalat müəssisələrinə ekskursiyası təşkil olunub.
Məqsəd tələbələrin real iş mühiti ilə yaxından tanış olması, istehsalat proseslərini yerində müşahidə etməsi və müəssisələrdə tətbiq olunan müasir texnologiyalar haqqında birbaşa məlumat əldə etməsi olub.
Ekskursiya zamanı tələbələr istehsal prosesləri, tətbiq olunan innovativ texnologiyalar, eləcə də FAB Akademiyasının keyfiyyətə nəzarət laboratoriyalarının fəaliyyəti ilə tanış olublar. Onlara istehsalatda istifadə olunan metodlar, keyfiyyət standartları və idarəetmə yanaşmaları haqqında məlumat verilib.
Sonda ekskursiya iştirakçılarına şirkət tərəfindən hədiyyələr təqdim olunub.