Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbələri Xəzər dənizində sahə tədqiqatı aparıb

AzTU tələbələri Xəzər dənizində sahə tədqiqatı aparıb

15.03.2026     25     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiyası, təkrar emal və ekologiya kafedrasının müəllim və tələbələri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 14-cü istiqamətinə (Sualtı həyatın qorunması - SDG 14) üzrə Xəzər dənizi sahilində sahə tədqiqatı aparıblar. Səfər dəniz və okean ekosistemlərinin qorunması, dəniz mühitinin çirklənməsinin azaldılması və sualtı biomüxtəlifliyin mühafizəsi kimi istiqamətlərdə praktiki biliklərin artırılması məqsədilə təşkil olunub.

Tədqiqat zamanı tələbələr Xəzər dənizinin müxtəlif nöqtələrindən su nümunələri götürüb. Toplanan nümunələr suyun keyfiyyətinin qiymətləndirilməsi, dəniz suyunda çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi, su mühitinin ekoloji vəziyyətinin araşdırılması və dəniz ekosistemlərinin sağlamlığının qiymətləndirilməsi məqsədilə laboratoriya şəraitində analiz edilib.

Sahə işi tələbələrə dəniz suyunun keyfiyyətinin monitorinqi, dəniz çirklənməsinin müəyyən edilməsi, sahilyanı ekosistemlərin qorunması, sualtı biomüxtəlifliyin mühafizəsi, dəniz resurslarının dayanıqlı istifadəsi və ekoloji monitorinq kimi mühüm istiqamətlərdə praktiki təcrübə qazanmaq imkanı yaradıb.

Bu fəaliyyətlər SDG 14 çərçivəsində dəniz və okeanların qorunması, sualtı həyatın mühafizəsi, dəniz ekosistemlərinin bərpası, antropogen çirklənmənin azaldılması və su resurslarının dayanıqlı idarə olunması kimi əsas prioritetlərlə birbaşa əlaqəlidir.


Digər xəbərlər