Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU rektoru “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” adlı tədbirdə çıxış edib

AzTU rektoru “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” adlı tədbirdə çıxış edib

13.02.2026     43     AzTU

Mingəçevir Dövlət Universitetinin (MDU) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) birgə təşkilatçılığı ilə “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” adlı tədbir keçirilib.

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən forumun əsas məqsədi ali və orta ixtisas təhsilində keyfiyyət təminatı, dayanıqlı inkişaf, innovativ yanaşmalar, beynəlxalq akkreditasiya və universitet–sənaye əməkdaşlığı sahəsində aktual məsələlərin müzakirəsi, həmçinin bu istiqamətdə təcrübə mübadiləsinin aparılması olub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin heykəli önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Forum Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, bu istiqamətdə ali təhsil müəssisələri, dövlət qurumları və özəl sektor arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirib.

MDU-nun rektoru Anar Eminov bildirib ki, forumda iştirak üçün ümumilikdə 500-dən çox müraciət daxil olub və tədbirdə 29 ali təhsil müəssisəsinin, 36 ümumtəhsil və peşə təhsili müəssisəsinin, eləcə də 24-dən çox şirkət və təşkilatın nümayəndələri təmsil olunur.

TKTA İdarə Heyətinin sədri Tural Əhmədov forumun ali təhsil müəssisələri arasında keyfiyyət mədəniyyətinin təşviqi, dayanıqlı inkişaf yanaşmalarının tətbiqi və innovativ təcrübələrin paylaşılması baxımından mühüm platforma olduğunu vurğulayıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev mühəndislik və texnoloji ixtisaslarda keyfiyyətin təmin edilməsinin innovasiya və sənaye ilə sıx inteqrasiya olmadan mümkün olmadığını söyləyib.

Forum panel iclasları ilə davam etdirilib.


Digər xəbərlər