Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU rektoru “Qlobal Dayanıqlı İnkişaf Konqresi 2025” çərçivəsində beynəlxalq paneldə iştirak edib

AzTU rektoru “Qlobal Dayanıqlı İnkişaf Konqresi 2025” çərçivəsində beynəlxalq paneldə iştirak edib

19.06.2025     72     AzTU

18 iyun 2025-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Research and Innovation to Support Transition to a Circular Economy” adlı beynəlxalq paneldə spiker qismində iştirak edib. “Qlobal Dayanıqlı İnkişaf Konqresi 2025” çərçivəsində keçirilən paneldə dairəvi iqtisadiyyatın inkişafına yönəlmiş tədqiqat və innovasiya məsələləri müzakirə olunub.

Paneldə AzTU-nun rektoru Vilayət Vəliyev universitetin bu sahədə apardığı elmi-tədqiqat işləri və tətbiq etdiyi innovativ yanaşmaları haqqında geniş məlumat verib. Resursların səmərəli istifadəsi, tullantıların azaldılması və təkrar emalı kimi mövzular universitetin prioritetləri sırasında yer alır. Eyni zamanda, AzTU-nun yerli və beynəlxalq tərəfdaşlarla həyata keçirdiyi əməkdaşlıq layihələri də diqqətə çatdırılıb.

Beynəlxalq ekspertlərlə aparılan müzakirələrdə dairəvi iqtisadiyyatın davamlı inkişafda oynadığı rol vurğulanıb. Rektor universitetin bu sahədə üzərinə düşən vəzifələrini və qarşıdakı perspektivləri qeyd edib.

AzTU-nun bu kimi tədbirlərdə iştirakı universitetin beynəlxalq arenadakı nüfuzunu artırır və dayanıqlı inkişaf sahəsində qabaqcıl mövqeyini daha da gücləndirir.


Digər xəbərlər