Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU rektoru Çin Xalq Respublikasında beynəlxalq konfransda çıxış edib

AzTU rektoru Çin Xalq Respublikasında beynəlxalq konfransda çıxış edib

10.09.2025     44     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Pekin şəhərində “GEİDCO” təşkilatının (Global Energy Interconnection Development and Cooperaton Organization – Qlobal Ölkələrarası Enerji Qoşulmalarının İnkişafı və Əməkdaşlığı Təşkilatı) təşkil etdiyi və “Qlobal Enerji Qoşulmaları Təşəbbüsünün 10-cu ildönümünə həsr olunan “Qlobal Enerji Qoşulmaları Konfransı 2025” adlı tədbirdə iştirak edib.

Nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru Rahid Ələkbərli və Protokol sektorunun mütəxəssisi Fərhad Rüstəmzadə təmsil olunub.

Rektor Vilayət Vəliyev konfransın “Yeni Tip Enerji Sistemlərinin Planlaşdırılması və İstismarı üzrə Akademik Forum” adlı panelində “Xəzər Dənizi, Cənubi Qafqaz və Qara Dəniz vasitəsilə Mərkəzi Asiyadan Şərqi Avropaya Yaşıl Enerji Dəhlizi: Fürsətlər və Çağırışlar” mövzusunda məruzə ilə çıxış edib.


Digər xəbərlər