Azərbaycan Texniki Universitetinin rektoru (AzTU) Vilayət Vəliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə universitetdə rəhbər vəzifədə çalışan xanımlarla görüşüb.
AzTU Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə rektor xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edib. Rektor qadınların cəmiyyətin, o cümlədən universitetin həyatında fəal iştirakını, elmin müxtəlif sahələrinə verdikləri töhfəni xüsusi qeyd edib. Gənc nəslin vətənpərvər ruhda böyüməsində qadınların müstəsna rolunu vurğulayan Vilayət Vəliyev xanımların bu cür misilsiz xidmətlərinin bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.