Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU professorları kvant fizikasına həsr olunmuş forumda iştirak edib

AzTU professorları kvant fizikasına həsr olunmuş forumda iştirak edib

27.01.2025     340     AzTU

Bakıda kvant fizikası ilə əlaqədar “Youth Quantum Forum 2025” adlı tədbir keçirilib. Forum Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə reallaşıb.

İki paneldən ibarət forumda məqsəd kvant mexanikası və səma elmləri ilə bağlı texnoloji inkişafı nəzərə alaraq, gəncləri  sözügedən sahələrdə baş verən yeniliklər və texnoloji inkişafla tanış etmək  və onların bu sahələrə cəlb olunmasını təşviq etmək olub.

 “Kvant dünyası: hər şey necə kiçik və qeyri-müəyyən olur?” adlı birinci paneldə Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasının professoru Naxçıvan Səfərov kvant dünyası və onun qanunları haqqında iştirakçılara məlumatlar verib və paneldə iştirak edən tələbə-gənclərin suallarını cavablandırıb.

“Kosmik fəlsəfə: kosmosun mahiyyəti və insan həyatına təsiri” adlı paneldə AzTU-nun Dayanıqlı İnkişaf İnstitutunun tədqiqatçı-alimi, Mühəndis fizikası və elektronika kafedrasının professoru, AMEA-nın müxbir üzvü Vəli Hüseynov kosmosun mahiyyəti və onun insan həyatına təsiri, kosmologiya, peyk sistemləri və s. kimi məsələlər barədə forum iştirakçılarına məlumat verib.

300 tələbə və fəal gəncin iştirak etdiyi forumda əsasən kvant dünyasının əsas anlayışları və qanunları, kvant dünyasının texnologiyada yeri, kvant kompüterləri və onların tətbiq sahələri barədə suallar səsləndirilib.


Digər xəbərlər